Azərbaycanda orta əmək haqqı 449.5 manat oldu - Muzdla işləyənlərin

16 May 2015 12:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin saytında yer alıb.

Məlumata görə, 2015-ci ilin dörd ayında ölkə əhalisinin gəlirləri 5,7 faiz artaraq 12,6 milyard manata çatıb. Gəlirlərin 74,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 13,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin birinci rübündə dövlət büdcəsinə 3,9 milyard manat vəsait daxil olub, büdcədən 4,2 milyard manat vəsait xərclənib. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 251,0 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,2 faizinə bərabər olub. Büdcə xərclərinin 2,1 milyard manatı iqtisadiyyatın inkişafına, 522,1 milyon manatı sosial müdafiə və sosial təminata, 387,6 milyon manatı təhsil və səhiyyəyə yönəldilib.