Həftəsonu 27 dərəcə isti olacaq

16 May 2015 13:06 (UTC+04:00)

Şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 19-24 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 17-də əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.