İlham Əliyev Norveç kralını təbrik etdi

16 May 2015 18:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".