Türkiyə qırıcısı Suriya təyyarəsini vurdu

16 May 2015 21:53 (UTC+04:00)


Axar.az xəbər verir ki, Suriya təyyarəsi sərhəd pozuntusuna yol verdiyi üçün Türkiyə Baş Qərargahı F-16 qırıcılarına atəş əmri verib. Baş Qərargahdan verilən məlumatda təyyarənin tipinin müəyyən edilməsi üçün araşdırma aparıldığı bildirilib. Suriya televiziyası da Türkiyənin pilotsuz hava təyyarəsini vurduğunu təsdiqləyib. Hadisənin bu gün günorta saatlarında baş verdiyi qeyd edilib. Suriya təyyarəsi Türkiyə qırıcısından atılan iki raket zərbəsi ilə məhv edilib. Zərbə nəticəsində təyyarə 3 hissəyə bölünüb və Suriya ərazisinə düşüb.