Rayon qeydiyyatı olan maşınların paytaxta girişinə - Qadağa

17 May 2015 14:02 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, idarədən oxu.az-a bildiriblər ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması məqsədilə iyunun 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına tam, digər nəqliyyat vasitələrinin hərəkətinə isə müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.

Bu səbəbdən qeyd olunan ərəfədə piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə əlaqədar paytaxta gəlmək istəyən rayon sakinlərindən xahiş olunur ki, həmin müddətdə rayon qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını nəzərə alsınlar. Əhalidən, həmçinin həmin müddətdə sərnişinlərin istifadəsinə veriləcək müasir, komfortlu ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur.