Arif Hacılı daha bir funksioneri Müsavatdan uzaqlaşdırdı

17 May 2015 18:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Müsavat partiyasından bildiriblər.

Məlumata görə, qərar partiyanın Xətai rayon təşkilatının bu gün keçirdiyi Şura iclasında verilib.

Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah hərəkatının sədr müavini Ellada Məmmədlinin Müsavat Partiyasından çıxarılacağı heç də sürpriz hesab edilmir.

Çünki bir neçə gün bundan öncə Müsavat Divanının üzvü Nemət Kərimli Müsavat Qadınlar Birliyinin fəaliyyətinin iflic olduğunu, sədr E. Məmmədlinin səmərəsiz fəaliyyət göstərdiyini demişdi və bildirmişdi ki, bu məsələ Divanda müzakirəyə çıxarılacaq.

E. Məmmədli isə Nemət Kərimliyə kəskin etirazını səsləndirmişdi: "Hansısa cılız, heç bir nüfuzu olmayan adamlar bizim fəaliyyətimizə qiymət verə bilməz".

Lalə
AzNews.az