“Cahangir Hacıyev işi” ilə bağlı daha bir- Həbs

17 May 2015 19:25 (UTC+04:00)

Aznews.az "Azadlıq" qəzetinə istinadən xəbər verir ki, Cahangir Hacıyevə məxsus olduğu bildirilən "Şəki İpək Aqro"MMC-nin icraçı direktoru Cavid Muxtarov da həbs olunub.

Məlumatda bildirilir ki, o, artıq 4 gündür DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində saxlanılır.