Bakıda şadlıq evində qətl törədildi

18 May 2015 11:51 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, 1-ci Alatava ərazisində yerləşən şadlıq evinin həyətində qeydə alınıb. Məhəmməd (soyadı məlum deyil) adlı şəxs şadlıq evinin işçisi Fəqan Əliyevi bıçaqlayaraq qətlə yetirib. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.