Prezident və xanımı İSESCO-nun baş direktoru ilə görüşdü

18 May 2015 15:52 (UTC+04:00)

Görüşdə Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edilib, Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından əhəmiyyəti yüksək qiymətləndirilib. Bakının artıq mühüm məsələlərin müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana çevrilməsinin əhəmiyyəti vurğulandı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bildirilib.

Söhbət zamanı Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.