“Çalışırıq ki, ölkəmizi ləyaqətlə təmsil edək” – VİDEO

18 May 2015 16:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycanı Vyanada keçirilən "Eurovision-2015" mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov AZƏRTAC-ın müxbirinə deyib.

İkinci yarımfinalda səhnəyə çıxacağını bildirən Elnur Hüseynov pərəstişkarlarından dəstək gözlədiyini söyləyib.

Mahnı müsabiqəsində rəqabətin güclü olduğunu, lakin bu rəqabətin insanlar, iştirakçı və müğənnilər arasında deyil, mahnılar və səhnə performansı arasında yaşandığını qeyd edən E. Hüseynov mahnı müsabiqəsi iştirakçıları arasında yüksək əhval-ruhiyyənin hökm sürdüyünü diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi mayın 21-də keçiriləcək ikinci yarımfinal mərhələsində səhnəyə "Hour of the Wolf" mahnısı ilə çıxacaq.