Alı Alıyev füzulili məcburi köçkünlərlə görüşdü - Bakıda

19 May 2015 16:00 (UTC+04:00)

Görüşdə Müşfiq və Mehdiabad qəsəbələrində, o cümlədən Bakı şəhərində məskunlaşan füzulili məcburi köçkünlər iştirak ediblər.

Alı Alıyev deyib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəbləri, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Görüşdə Füzuli rayonundan olan məcburi köçkünlərin müraciət və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan məslələrin həlli mümkün olanları icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülüb və aiddiyati üzrə göndərilib.