Ramil Usubov iki polkovniki işdən çıxardı

19 May 2015 23:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, AzVision.az-ın əldə etdiyi məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Biləsuvar rayon polis idarəsinin rəisi, polkovnik Saleh Abdullayev işdən azad edilərək sərəncama göndərilib.

Bundan başqa DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Habil Əlişanov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə həmin idarənin şöbə rəisi Teymur Hacıyev təyin olunub.