“Avropa Oyunlarına gələnlər tolerant ölkə ilə qarşılaşacaqlar“

19 May 2015 23:53 (UTC+04:00)

Bu barədə Trend-ə fransız senator Natali Qule bildirib.

Onun sözlərinə görə, şübhəsiz ki, Bakı Avropa Oyunlarına hazırdır, lakin əsas olan Oyunların arxasında dayanan məqsəd və onun niyə Azərbaycan üçün əhəmiyyətli olmasıdır: "Məqsəd multikultural ölkə nümayiş etdirməkdir".

Senator həmçinin deyib ki, Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq, digər dinlərin nümayəndələri də burada sülh şəraitində yaşayırlar: "Bura sanki tolerantlıq adasıdır".

Xanım N.Qulenin də vurğuladığı kimi, idmana radikalizmə qarşı mübarizə vasitəsi kimi baxılır: "İdman sahəsində insanların ümumi dəyərləri var. Əhəmiyyətli olan idmanın insanları birləşdirməsidir ki, Avropa Oyunlarında da məhz bu baş verəcək".