Neftin qiyməti yuxarı qalxdı

20 May 2015 09:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "gazeta" saytı yayıb.

Məlumata görə, Londonun İCE birjasında Brent markalı neftin bir barelinin qiyməti 0.72 faiz qalxaraq 64.48 dollar təşkil edib.

WTI markalı neftin qiymətində də qalxma müşahidə olunub.


Nyu-Yorkun NYMEX birjasında bu markadan olan neftin qiyməti 0.83 faiz çoxalaraq 58.47 dollar olub.