“Razılıq verilərsə, şənbə günü təmirə başlayacağıq“

20 May 2015 13:02 (UTC+04:00)

AzNews.az qafqazinfo-ya istinadən verdiyi məlumata görə, mer jurnalistlərə açıqlamasında qeyd edib ki, FHN açıqlama versə ki, bina yaşayış üçün yararlıdır, binanı təmir edib sakinlərin istifadəsinə verəcəyik:

"Razılıq verilərsə, şənbə günü təmirə başlayacağıq. Hesab edirəm ki, iki aya təmir bitəcək. FHN binanın dayanaqlı olmaması haqda qərar versə, sözsüz ki bina söküləcək. Tezliklə yerində daha yaxşı bina tikiləcək. Hazırki binada 50 kvadratmetr evi olanlara biz yeni binadan 70 kvadratmetrlik mənzil verəcəyik.

Hər bir ailə ilə bir-bir görüşmüşük. Onlara min manat kompensasiya verilib. Çoxu pulu alsa da, qohumlarınını evində qalmaq istədiyini bildirib və biz də bununla razılaşdıq. Çünki qohum evi onlara daha yaxşı və olar. Bu min manatlıq kompensasiya başqadır və ilk addımdır. Dövlət tərəfindən vəfat edənlərin yaxınlarına, yaralananlara və mənzildə xəsarət alanlara da bir dəfəlik müavinət veriləcək. Yanğınla bağlı ehtimallardan biri də üzlük material keyfiyyətsiz olmasıdır. Keyfiyyətsizdirsə, buna nəzərarət edənlər niyə baxmayıb? Tutaq ki, istehsal edən keyfiyyətsiz istehsal edib, bəs binaya vurulanda niyə nəzarət olunmayıb? Üç ildir ki, bu bina yanmır. Indi niyə birdn-birə yandı? Bu da sual doğurur. Bu materiallar Soçidə, Moskvada, ümumiyyətlə, bütün dünyada istifadə olunur. Amma xaricdə bu materialı bina divarına yapışdırırlar, bizdə isə aralı vurulub. Ona görə, boru kimi tam yanıb başa çatıb. Mən elmi fəaliyyətimlə əlaqədar 90-ci illərdə dəfələrlə xaricdə, Amerikadan Asiyaya qədər hər yerdə olmuşam. Onda bir arzum var idi, nə vaxt Bakı belə olacaq? İndi isə bu sözü "kaş bizim şəhərimiz də Bakı kimi təmiz olardı" xarici qonaqlar deyir".


Bakı meri bildirib ki, hər bir sakini dinləyib onların bütün problemlərini həll edəcək:

"Sakinlərə demişəm, hardan istəsəz kirayə ev tutun, pulu özüm verəcəm. Əgər bilsəm ki, mənim ölməyimlə yanğında vəfat edənlərdən biri geri qayıdacaq, mən bu dəqiqə ölməyə hazıram".