“Çox güman ki, bu, təxribatdır“ - Millət vəkili

20 May 2015 13:45 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında komitənin sədri Ziyad Səmədzadə deyib.

Millət vəkili İlham Əliyev qeyd edib ki, yanan binanın üzləndiyi materialın yanğına davamlılığı yüksəkdir və yalnız çox yüksək temperaturda yanır: "Buna görə də araşdırma aparmaq lazımdır. Çox güman ki, bu, təxribatdır".

İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Abdullayev sahibkarlara yanğında xəsarət alanlara maddi yardım göstərməyi təklif edib.