Bakıda mağazada yanğın oldu

20 May 2015 15:52 (UTC+04:00)

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan mağazanın dam örtüyü 10 kv.m sahədə və soyuducu yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.