Fərəhin babası danışdı: “Pəncərə açılanda uşaq boğulub“ (VİDEO)

20 May 2015 16:06 (UTC+04:00)

AzNews.az anspress-ə istinadən xəbər verir ki, o, kiminsə cibi xatirinə müəyyən işlər gördüyünü, keyfiyyətsiz məhsullarla binaların bəzədilməsinin cinayətə səbəb olacağını açıqlayıb. Babası hadisə baş verən Fərəhin anası Günayın qucağında olduğunu və uşağın pəncərəni açanda tüstüdən boğulduğunu, anasının isə özündən getdiyini deyir.

Yanğında dünyasını dəyişən Elmira Yəhyayevanın oğlu Murad Yəhyayev isə deyir ki, hadisə baş verən an ona zəng vurulub və binalarının yandığı deyilib. Evə dəfələrlə zəng vuran Murad anasından heç bir cavab ala bilməyib.

Qeyd edək ki, dünən səhər Azadlıq prospektində 16 mərtəbəli bina yanıb. Yanğın nəticəsində içərilərində uşaqlar da olmaqla 15 nəfər dünyasını dəyişib, 56 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb.