ATV-dən Mətanət açıqlaması: “Belə həssas məqamda...”

21 May 2015 13:14 (UTC+04:00)
ATV-dən AzNews.az-a daxil olan məlumata görə, iclasda sosial şəbəkələrdə və bəzi internet portallarında verilişin aparıcısı Mətanət Əliverdiyevanın yayım zamanı işlətdiyi bəzi sözlər bilərəkdən dəyişikliyə məruz qalaraq, kontekstdən çıxarılaraq təqdim edilməsi qiymətləndirilib: "ATV-də canlı yayımlanan verilişlərdə iştirak edən bütün əməkdaşlara tövsiyyə olunub ki, bu cür həssas məqamlarda fikirlərini ifadə edərkən son dərəcə diqqətli olsunlar. Çünki bəzi məkirli media qurumları və internet portallarının əməkdaşları işlədilən ifadələri bilərəkdən konteksdən çıxararaq, öz mənafelərinə uyğun formada təqdim edirlər. Və beləliklə də ATV-nin adını hallandırmaqla belə həssas məqamlarda öz oxucu saylarını artırmağa çalışırlar.

Baxmayaraq ki, TV-lər sırasında ilk olaraq ATV kanalı öz proqram siyasətinə dəyişiklik edərək şou verilişlərin yayımını dayandırıb, bundan başqa, hadisə yerindən ardıcıl olaraq xəbərlər yayımlayıb. Bəzi həmkarlarımızı görülən bu işlərə kölgə salmaqdan və diqqəti əsas faciədən yayındırmaqdan çəkinməyə çağırırıq".


Xatırladaq ki, "Gündəlik" proqramının aparıcı Mətanət Əliverdiyeva veriliş zamanı Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnin faciəni "Külək idi, oldu, keçdi" kimi şərh edib.