Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

21 May 2015 14:34 (UTC+04:00)
Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 21-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 22-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 27-31, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.