MTRŞ Mətanətə görə ATV rəhbərliyinə irad bildirdi

21 May 2015 19:37 (UTC+04:00)


MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı ATV kanalının rəhbərliyinə sifahi irad bildirilib.

Qeyd edək ki, mayın 20-də efirə gedən "Gündəlik" verilişində Binəqədi rayonunda çoxmərtəbəli binada yanğın baş verməsi ilə bağlı səsləndirdiyi fikirlər ciddi etiraza səbəb olub.

"Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi", - deyə aparıcı verilişində bildirib.