“Neft Daşları”nda quyu istismara verildi

21 May 2015 23:43 (UTC+04:00)


AzNews.az SOCAR-ın saytına istinadən xəbər verir ki, quyu Məhsuldar Qatın VIII horizontundan fontan üsulu ilə məhsul verib, 2173-2158 metr intervaldan sutkalıq 24 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçirilir.