“Getsin bozbaşını bişirsin” – 2 Televiziyanın davası qızışdı

22 May 2015 10:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, bu haqda özünün Facebook səhifəsində yazıb: "14 ildir ki, TV-də işləyirəm. Bu, 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz, onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma belə etməməli idiniz! Bu gün siz rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz! OK, olsun!".

ANS TV-nin əməkdaşı Ləman Ələşrəfqızının İlkin Həsəniyə cavabı isə özünü çox gözlətməyib.

O, Facebook səhifəsində belə yazıb: "Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-şöşüyə baş qoşmaq niyyətim yox. Getsin bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başadüşüləndir. İşinizdə olun".