Yanan binanın söküntüsü ilə bağlı - Rəsmi açıqlama

22 May 2015 11:36 (UTC+04:00)

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova söküntü işilə bağlı fikirlərini AzNews.az-la bölüşüb.

Onun sözlərinə görə, hələlik söküntü gedir, təmir-bərpa işləri isə ikinci mərhələdə aparılacaq: "Çünki söküntü işləri xeyli vaxt aparan işdir. Lazımı yerlər sökülüb qurtarmayınca, təmir-bərpa işlərindən söhbət gedə bilməz. Özü də təkcə yanan binada deyil, eyni vaxtda daha 4 binada söküntü işlərinə start verilib".

N.Allahyarova vurğulayıb ki, yanan binada təmir-bərpa işlərinin nə başlanılacağı və nə vaxt yekunlaşması işin gedişatından sonra məlum olacaq.

Xatırladaq ki, Nazirlər Kabineti yanan binanın təmir-bərpa işləri üçün 5 milyon manat ayırıb.

Bahar RÜSTƏMLİ
AzNews.az