Tanınmış futbolçu “Barselona”nı təriflədi, “Real“ı isə ...

22 May 2015 13:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Kroyf "Real"ın uğursuz çıxışının səbəbini transfer siyasətinin düzgün aparılmaması ilə əlaqələndirib:
"Madridin "Real" komandası ona lazım olan futbolçuları heyətinə cəlb etmədi. Ancaq "Barselona" transfer siyasətində necə hərəkət etməli olduğunu göstərdi. Kataloniya təmsilçisi ötən mövsüm uğursuz çıxış etsə də, bu il əla oyun nümayiş etdirir. Onlar La Liqa çempionu olmağa layiqdirlər".

Qeyd edək ki, cari mövsüm La Liqanın qalibi olan "Barselona" ölkə kuboku və Çempionlar Liqasını da qazanmağa yaxındır.