Moldovadan Azərbaycana - Başsağlığı

22 May 2015 14:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Moldova prezidenti Bakıda baş verən yanğın hadisəsindən kədərləndiyini dilə gətirib: "Bakı şəhərində yaşayış binasında insan tələfatı və xəsarətlə nəticələnən güclü yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu çətin sınaq anlarında Sizə və həlak olanların ailələrinə Moldova Respublikası xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".