Məşəl Ağdaşda - FOTOLAR

22 May 2015 16:22 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdaş şəhərinin girişində Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.

Respublikamızı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı Avropa Oyunlarının rəmzi qapısından məşəl yürüşünə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar 3 kilometr məsafəni Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Heydər Əliyev Meydanına gəlibilər.

Tədbirdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.