Ramil Usubov fotomüxbir və “qəhrəman polis"i mükafatlandırdı - FOTO

22 May 2015 17:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Xidməti və vətəndaşlıq borclarını layiqincə yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirən nazir fərqlənmiş əməkdaşların, o cümlədən təxliyə və xilasetmə işləri zamanı müxtəlif dərəcəli xəsarətlər alan, hazırda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicəsini davam etdirən Çevik Polis Alayının əməkdaşı Şahin Qocayevin mükafatlandırılması barədə müvafiq əmrlər imzaladığını bildirib.

Daxili işlər naziri yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuş dövlət qurumlarının, o cümlədən polisin fədakar xidmətini yerli və xarici KİV-lərdə obyektiv şəkildə işıqlandırdığına görə "Report.az" İnformasiya Agentliyinin fotomüxbiri Orxan Əzimova Daxili İşlər Nazirliyinin "Fəxri fərmanı"nı da təqdim edib.