ABŞ Konqresinin polisi üçün tualet Təlimatı

22 May 2015 17:33 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Vaşinqton polisinin silahlı zabitlərinə ictimai ayaqyollarından istifadəsi barədə təlim keçilir.

2015-ci il ərzində polis zabitləri azı üç dəfə öz silahlarını tualetdə unudaraq çıxıblar.

Zabitlər intizam qaydasında tənbeh ediliblər. Hadisələrdən birində silahı uşaq tapıb.

Konqres polisinin rəisi Kim C Dine millət vəkillərinə bildirib ki, silahlı zabitlərə tualetlərdən istifadə barədə təlimatlar verilir.

Rəis deyib ki, polisin öz silahını tualetdə qoyub çıxmasına heç bir vəchlə haqq qazandırıla bilməz.

O bildirib ki, belə "unutqanlıq" təkrar olunduğu halda zabit, hətta işdən azad edilə bilər.