“Barselona” türk futbolçunu transfer edir

22 May 2015 18:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb. İspaniya La Liqasında çempionluğunu elan edən Kataloniya təmsilçisi komandadan ayrılacağını açıqlayan Xavinin yerinə İlkay Gündoğanı heyətinə qatmaq istəyir. İspaniyanın "El Mundo Deportivo" idman qəzetinin "Gündoğan tamam" başlıqlı yazısında İlkayın "Barselona"ın orta sahəsini gücləndirməyə ən yaxın namizəd olduğunu xüsusu vurğulayıb.

Qeyd edək ki, İlkayın alman klubu ilə 2016-cı ilədək müqaviləsi var. 24 yaşlı oyunçu ilə "Bayern Münhen" və "Mançester Yunayted"in də maraqlandığı deyilir.