Türkmənistan prezidenti İlham Əliyevə başsağlığı verdi

22 May 2015 19:54 (UTC+04:00)


APA-nın məlumatına görə, Türkmənistan prezidentinin məktubunda deyilir:

"Bakıda çoxsaylı insan tələfatı və xəsarəti ilə nəticələnmiş faciəli yanğın hadisəsi ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin. Həlak olanların bütün doğmalarının və yaxınlarının kədərinə şərik olduğumu və qəlbən üzüldüyümü onlara çatdırmağınızı xahiş edirəm. Zərərçəkənlərə tezliklə sağalmağı arzu edirəm".