Yanğın baş verən bina hasara alınır

22 May 2015 23:17 (UTC+04:00)


AzNews.az Report-a istinadən xəbər verir ki, hazırda hasarlama işləri davam etdirilir.

Bundan əlavə, paytaxt sakinləri faciə qurbanlarını hələ də, yad etməkdədirlər. Belə ki, onlar binanın önünə gələrək ora gül dəstələri qoyur və şam yandırırlar.

Qeyd edək ki, mayın 19-da Binəqədi rayonunun Azadlıq prospektində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb və ya zəhərlənib.