Liseydə yanğın oldu

22 May 2015 23:38 (UTC+04:00)


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Yasamal rayonunda dördmərtəbəli lisey binasının 3-ci mərtəbəsində sinif otağının yanar konstruksiyaları 3 kv.m sahədə, tavanı 1 kv.m sahədə və 4-cü mərtəbədə yerləşən sinif otağının döşəməsi 1 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.