Maşın dərəyə aşdı - 2 yaralı var

23 May 2015 09:12 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Goranboy rayonu, Borsunlu kəndində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb.

Hadisə yerinə cəlb edilmiş yanğınsöndürən-xilasedicilər yaralı vəziyyətdə olan sürücü və sərnişini avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.