Gədəbəydə partlayış – Bir nəfər yandı

23 May 2015 10:35 (UTC+04:00)

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində məişət qazı sızıb və partlayış hadisəsi baş verib. Partlayış nəticəsində ikinci mərtəbədə 3 otaq və dam örtüyü dağılıb, yanğın hadisəsi olmayıb.

Partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.