“Qarabağ”ın çempionluq medalı verildi - Atəşfəşanlıq olmadı (FOTO+VİDEO)

23 May 2015 10:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumat Azərbaycan Peşəkar Futbol Liqasının saytında yer alıb.

Məlumata görə, "İnter" – "Qarabağ" (2-1) görüşündən sonra Topaz Premyer Liqasının qalibi "Qarabağ" və 2-ci yerin sahibi "İnter"ə medallar təqdim olunub.

Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.

Bir neçə gün öncə ölkəmizdə baş vermiş məlum faciəyə görə mükafatlandırma mərasimindən sonra atəşfəşanlıq olmayıb.