Canavarlar kəndə hücum etdi - 60 xırdabuynuzlu heyvan tələf oldu

23 May 2015 11:21 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı APA yayıb.

Hadisə ilə bağlı Şəki Rayon İcra Hakimiyyəti başçısının Qudula kəndi üzrə nümayəndəsi Rəşad Cumayev bildirib ki, hazırda təsərrüfatlara dəymiş ziyan dəqiqləşdirilir.

R. Cumayevin sözlərinə görə, hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verilib: "Hazırda idarənin əməkdaşları əraziyə cəlb olunub. Heyvanlardan quduzluqla bağlı nümunələr götürülüb. Ölmüş heyvanlar təlimata uyğun məhv ediləcək".