Abid Şərifovdan yanan bina ilə bağlı Açıqlama

23 May 2015 11:38 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.

A. Şərifov vurğulayıb ki, artıq binada təmir-bərpa işlərinə start verilib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb.