“Son zəng“in vaxtı məlum oldu

23 May 2015 12:16 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, tədris həftəsi 5 günlük olan məktəblərdə "Son zəng" mayın 29-da, 6 günlük iş həftəsi ilə çalışan məktəblərdə isə mayın 30-da təşkil olunacaq.

Onun sözlərinə görə, məktəblərə tövsiyə olunub ki, həmin tədbirlər məktəb ərazisində keçirilsin.