“Bizi danışmağa qoymurlar” – ATV rəsmisi
23 May 2015 12:30 (UTC+04:00)
ATV-nin "Xəbərlər" redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu AzNews.az-a məsələdən xəbərdar olduğunu deyib.
"Ancaq bu mövzuda bizə danışmağa icazə vermirlər", - deyə jurnalist əlavə edib.
Qeyd edək ki, ANS Şirkətlər Qrupu barəsində səsləndirilən təhqirlərə görə ATV telekanalının əməkdaşı İlkin Həsənlini və "azxeber.com" saytını məhkəməyə verib.
Xatırladaq ki, ANS-in efirində ATV-nin aparıсısı Mətanət Əliverdiyevanın Bakıda baş vermiş məlum faсiə ilə əlaqədar səsləndirdiyi fikirlərlə bağlı sərt sujet təqdim edilib. Sujetdə Mətanət Əliverdiyevanın 15 nəfərin (5-i körpə olmaqla!) ölümü ilə nəticələnən hadisə təhlil edilib. ATV-nin əməkdaşı İlkin Həsənli isə ANS-in ünvanına təhqiramiz ifadələr işlədib.
Bahar RÜSTƏMLİ
AzNews.az