Yanğında xəsarət alan ana və qızı evə buraxıldı - Rəsmi açıqlama

23 May 2015 12:48 (UTC+04:00)

Bu məlumatı AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova verib.

Onun sözlərinə görə, müalicə edilənlərdən 3-ü uşaq, 6-sı qadın, 1-i isə kişidir.

"Bu gün xəstələrdən biri, 1960-ci il təvəllüdlü Elvira Manafova, dünən isə onun qızı Səbinə Manafova evə buraxılıb", - deyə Səhiyyə Nazirliyinin rəsmisi bildirib.

Liya Bayramova bütün xəstələrin vəziyyətinin stabil olduğunu vurğulayıb: "Onlarla psixoloqlar işləyir. Sağlamlıq durumları da daimi həkimlərin nəzarətindədir".