Fərhad Məmmədovun qardaşı həbs edildi - Kabinetindən 4 milyon çıxdı

23 May 2015 13:19 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda virtualaz.org məlumat yayıb. Xəbərə görə, Fərid Məmmədov mayın 22-də həbs edilib. "Bank Technique"nin (köhnə "Texnikabank") Xəzər filialının rəhbəri olan Fərid Məmmədov həbs ediləndə onun kabinetindən 4 milyon dollar nağd pul çıxıb.

Sayt bildiri ki, Fərid Məmmədovdan sonra "Bank Technique"nin Müşahidə Şurasının üzvü Rauf Ağayev də həbs edilib.