İstirahət gününə olan hava Proqnozu

23 May 2015 13:22 (UTC+04:00)
Səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında mayın 24-də hava əsasən yağmursuz olacaq.

Axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.