İsveçli müğənni “Eurovision-2015”in qalibi oldu - VİDEO

24 May 2015 03:54 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Monsun ifa etdiyi "Qəhrəmanlar" mahnısı ona uğur qazandırıb.

Qeyd edək ki, bu il 60 yaşını qeyd edən "Eurovision" mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçirilib.

Müsabiqənin yarımfinalları mayın 19 və 21-də, final mərhələsi isə mayın 23-də olub.

Azərbaycanı bu yarışda "Hour of the Wolf" balladası ilə Elnur Hüseynov təmsil edib. O, yarışmada 49 balla 12-ci yerdə qərarlaşıb.