2 ölkədən verilən səslər ləğv olundu - “Eurovision-2015”də anlaşılmazlıq

24 May 2015 20:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, müvafiq qərar səslərin sayılması prosesinə nəzarət edən müstəqil PwC şirkətilə məsləhətləşmələrdən sonra qəbul olunub.

"Hər iki ölkədə finalçılara verilən xallarda yalnız televiziya tamaşaçılarının rəyi əks olunub", -deyə Avropa Yayım İttifaqından bildirilib.

2009-cu ildən başlayaraq "Eurovision-2015" müsabiqəsində iştirakçılara verilən xalların müəyyən edilməsində tamaçaçılarla yanaşı 5 peşəkardan ibarət münsiflər heyəti də iştirak edir.

Hər bir finalçı iştirakçıya ölkə adından verilən yekun xalda isə tamaşaçıların və münsiflər heyətinin rəyi bərabər əsasda 50%:50% qaydası ilə müəyyən olunur.

Çernoqoriya və Makedoniyadan verilən səslərin sayılmaması barədə qərar isveçli ifaçı Mons Zelmerlevin müsabiqədə qələbəsinə təsir etməyəcək, çünki ikinci yeri yer tutan iştirakçının nəticəsindən qalibin nəticəsi 62 xal çoxdur.