“Mercedes“ beton səddə çırpıldı: Yaralı var

25 May 2015 09:00 (UTC+04:00)

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Qəza nəticəsində avtomobildə olan 1 nəfər sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər vətəndaşı avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.