Eldəniz Elgün yenidən ANS-ə qayıtdı

26 May 2015 17:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində yazıb: "Çox qısa zaman ərzində ANS TV yaranandan bəri mövcud olan bütün xəbərləri, çəkilişləri Azərbaycanda hamı görə biləcək. Bir sözlə, Mirşahin demişkən, ANS-in tarixi Azərbaycanın da tarixi olacaq".

Eldəniz Elgün AzNews.az-a faktı təsdiq edib: "Bəli, ANS-də fəaliyyətə başlamışam. Ancaq konkret olaraq hansı vəzifədə çalışacağım sabah bilinəcək".

Qeyd edək ki, bir vaxtlar ANS və "Space" Televiziyalarında müxtəlif vəzifələrdə işləyən jurnalistin son iş yeri "Unikal" qəzeti olub.

Bahar RÜSTƏMLİ
AzNews.az