“Şəhər meri“ Tiflisdə

27 May 2015 16:12 (UTC+04:00)

Beynəlxalq Kitab Festivalı çərçivəsində, saat 16.30 tanınmış yazıçı Məqsəd Nurun "Şəhər meri" romanının təqdimatı, müəlliflə görüş və imza mərasimi keçiriləcək. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə "İntellekt" (Gürcüstan) nəşriyyatında gürcü dilində nəşr olunan kitabda tanınmış gürcü ədibləri- Givi Alxazişvili, Şota İataşvili və Georgi Kekelizdzenin rəyləri yer alıb. Romanın tərcüməçisi İmir Məmmədlidir.