Bakıda hərbi yürüş olacaq

27 May 2015 21:32 (UTC+04:00)


Sabah Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin də nizami keçidi təşkil ediləcək.

Respublika Günü münasibətilə mayın 28-də saat 17:00-dan 19:00-dək Bakının müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

Orkestrlər müəyyən olunmuş 6 nöqtədə çıxış edəcəklər (Fəvvarələr, Azneft və Azadlıq meydanları, Əhmədli qəsəbəsindəki Heydər Əliyev parkı, Zərifə Əliyeva adına park və Zabitlər parkı).

Həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran və Qusar şəhərlərində də Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq.