Toni Bleyer istefa verdi

27 May 2015 21:47 (UTC+04:00)


İsrail-Fələstin probleminin həlli üçün ABŞ, AB, BMT və Rusiya tərəfindən yaradılan Yaxın Şərq Dördlüyündə təxminən 8 ildir xüsusi nümayəndə olan Bleyerin istefasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Böyük Britaniyanın 1997-ci ildən 2007-ci ilədək 73-cü Baş Naziri olan Toni Bleyer Leyboristlərin tarixində ən çox partiya liderliyində qalmış şəxsdir.

XX əsrdə ancaq Bleyerr və Marqaret Tetçer üç seçki nəticəsində hakimiyyətdə qalıblar. (ANS)